Oktyabrın 1-də, “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojinin Tver vilayətində təyyarə qəzasında həlak olmasının qırxıncı günü Rusiyanın bir sıra şəhərlərində onun xatirəsinə həsr olunmuş qeyri-rəsmi tədbirlər keçirilib.
“Vaqner” PMC-nin rəmzləri ilə motor yürüşləri ən azı üç şəhərdə keçirilib və Rusiyanın, Belarusiyanın eləcə də ilhaq edilmiş Krımın 20-yə yaxın şəhərində qondarma xalq abidələri meydana çıxıb.
Qeyd edək ki, bura təşkilatın rəmzləri olan çiçəklər və əklillər gətirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Priqojinin xatırlandığı yerlərdən foto və videolar “Unloading Wagner” teleqram kanalı tərəfindən yayımlanıb.
Verilən məlumatlara görə, abidələr Moskva, Soçi, Abakan, Sankt-Peterburq, Yekaterinburq, Çelyabinsk, Xabarovsk, Volqoqrad və digər şəhərlərdə, həmçinin Belarusun Qomel eləcə də ilhaq edilmiş Sevastopolda peyda olub.
Yüzlərlə insan Moskvada Etirafçı Maksim kilsəsindəki xatirə abidəsi önünə gül dəstələri qoyub. Sankt-Peterburqda Priqojinin məzarı başında dua mərasimi keçirilib.
Krasnodar diyarı, Novosibirsk və Samarada avtomobil yürüşləri keçirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB