Böyük Britaniya oktyabrın 15-nə təyin edilmiş parlament seçkilərindən əvvəl ölkənin təhlükəsizliyini təmin etmək üçün Polşaya "Typhoons" göndərib.
SİA APA-ya istinadən xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps hakim Mühafizəkarlar Partiyasının Mançesterdə keçirilən qurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, təyyarələr Polşanın xahişinə cavab olaraq göndərilib.
Şappsın fikrincə, bu addım Rusiyanın müdaxilə təhlükəsi fonunda NATO müttəfiqinə dəstək üçün güclü siqnal olacaq.
Bundan əlavə, Krallığın müdafiə naziri “hücum sualtı qayıqlarının” inkişafı üçün 4 milyard funt sterlinq dəyərində müqavilələrin bağlandığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB