Ankara artıq Avropa İttifaqından heç nə gözləmir.
SİA “France Press” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin açılış iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Türkiyəni “40 ildir öz qapısında” gözlədir.
“Biz Avropa Birliyinin verdiyi bütün vədləri yerinə yetirdik, lakin onlar demək olar ki, heç birini yerinə yetirmədilər”, - deyən Ərdoğan və Türkiyənin Avropa İttifaqına daxil olması üçün daha heç bir yeni tələb və ya şərtlərə dözməyəcəyini bildirib.
Xatırladaq ki, Türkiyə hələ 1987-ci il aprelin 14-də Avropa Birliyinə üzv olmaq üçün ərizə verib. Ölkə 1999-cu ildə Avropa İttifaqına namizəd statusu alıb.
2023-cü ilin sentyabrında Avropa Birliyinin qərarını gözləmədən Ərdoğan, Türkiyənin Avropa İttifaqı ilə “fərqli yollar tuta biləcəyini” etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB