Britaniya əsgərləri münaqişə bitənə qədər Ukraynaya gəlməyəcək...
Baş nazir Rişi Sunak bazar günü, oktyabrın 1-də Britaniya hərbçilərinin Ukraynadakı münaqişədə iştirak etməyib və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçməyəcəyini bildirib.
Sunakın sözlərinə görə, hazırda Britaniya hakimiyyəti öz ordusunu Ukrayna münaqişə zonasına göndərmək niyyətində deyil. Bununla belə, o qeyd edib ki, Ukraynada hərbi təlimlər uzunmüddətli perspektivdə nəzərdən keçirilə bilər.
Qeyd edək ki, SİA-nın da bir müddət bundan əvvəl xəbər verdiyi kimi, “The Telegraph” qəzeti Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şappsın Ukrayna Silahlı Qüvvələri əsgərlərinə təlim keçmək üçün Britaniya qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi barədə məlumat yaymışdı.
Lakin, göründüyü kimi, baş nazir bu xəbərləri təkzib edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB