Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Kiyevə səfəri zamanı Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Borrell qeyd edib ki, Umerovla görüşdə Avropa İttifaqından Ukraynaya davamlı hərbi yardımla bağlı məsələləri qaldırıb. Borrell həmçinin əlavə edib ki, Avropa İttifaqı Ukraynanın təhlükəsizlik sektorunda yeni uzunmüddətli öhdəliklər götürməyə hazırlaşır.
Borrell Kiyevə bazar günü, oktyabrın 1-də gəlib. O, Ukraynanın paytaxtında prezident Vladimir Zelenski ilə də görüşüb. Bundan sonra Avropa diplomatiyasının rəhbəri Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüş keçirib.
Bu arada rusiyalı parlamentari Mixail Şeremet, Avropa diplomatiyasının rəhbərinin Ukraynaya səfərindən danışıb və bunu növbəti tamaşa adlandırıb.
O bildirib ki, əgər Borrell qürurlu şəhərə baxmaq istəyirsə, bu halda Sevastopola gəlməli və Kiyev hakimiyyətini dəstəkləməklə bağlı bütün əməllərinə görə peşman olmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB