Rusiyalı erməni əsilli jurnalist Marqarita Simonyan evinin önünə pilotsuz uçuş aparatının düşdüyünü bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Simonyan xəbəri şəxsi TG kanalında paylaşıb.
Deməli Simonyan deyir ki, bu gecə mənim və anamın böyüdüyü, hazırda isə qohumlarımın, onların kiçik uşaqlarının hələ də yaşadığı Adlerdəki ailə evimizin düz qarşısına pilotsuz uçuş aparatı düşüb.
Erməni əsilli jurnalist əlavə edib ki, “...hədəflər Ukraynadakı xüsusi əməliyyat zonasından getdikcə daha uzaqlarda yerləşir, paylar getdikcə artır və nüvə ultimatumunun alternativi yoxdur”.
Xatırladmağa ehtiyac yoxdur ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi əməliyyat keçirməyə başlayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB