Bu arada Ermənistan Qarabağda "irqi ayrı-seçkiliyin" bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya əməl olunmasını tələb edərək, Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycan əleyhinə iddia qaldırıb. Bu barədə məhkəmənin saytında məlumat verilir.
SİA-nın əldə etdiyi məlumata görə, iddia ərizəsində bildirilir ki, Azərbaycan “ Qarabağda qalan etnik ermənilərin köçürülməsinə birbaşa və ya dolayısı ilə yönəlmiş hər hansı hərəkətlərdən” imtina etməli və “Qarabağın indiki və ya keçmiş siyasi nümayəndələrinə və ya hərbi qulluqçularına qarşı cəza tədbirləri həyata keçirməkdən” çəkinməlidir.
Bundan əlavə, Ermənistan tələb edir ki, Azərbaycan hamıya Qarabağı tərk etmək imkanı versin, həmçinin BMT və Qızıl Xaç əməkdaşlarının regionun erməni əhalisinə çıxışını təmin etsin.
Ermənistan həmçinin məhkəmədən Azərbaycan hökumətini Qarabağın “hakimiyyət orqanları” tərəfindən verilmiş vətəndaşlıq vəziyyəti aktlarını etibarlı hesab etməyə məcbur etməyi xahiş edir və regionda erməni mədəni irsinə aid abidələrin sökülməsinə qadağa qoyulmasını təkid edir.
Amma belə görünür ki, bu dəfə “müsəlmanın sonrakı ağlı” ermənilər üçün keçərli olmayacaq(?).
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB