Qərb dövlətlərinin rəsmiləri fəal şəkildə Rusiya Federasiyasını üçüncü dünya müharibəsinə doğru sövq edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanatla Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da çıxış edib.
Medvedevə görə, NATO ölkələrində aparıcı axmaqların sayı artır.
Rusiyalı səlahiyyətli bunu Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şappsın Ukraynaya britaniyalı təlimatçıların göndərilməsinin mümkünlüyü barədə bəyanatını şərh edərkən deyib.
Medvedev bildirib ki, onlar Ukraynaya gəlsələr, Rusiya Silahlı Qüvvələri üçün tamamilə qanuni hədəfə çevriləcəklər.
Qeyd edək ki, Təhlükəsizlik Şurası rəhbərinin müavini Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Aqnes Strak-Zimmermanın “Taurus” raketlərini Ukraynaya ötürmək çağırışını da tənqid edib.
SİA-nın dünən də yazdığı kimi, bir müddət bundan əvvəl almanlyalı rəsmi, hazırda beynəlxalq hüquq Ukraynaya Rusiya ərazisindəki hərbi obyektləri vurmağa icazə verdiyini bildirmişdi.
Medvedevə görə, bu halda, bu raketlərin istehsal olunduğu Almaniya zavodlarına hücumlar beynəlxalq hüquqa tam uyğun olacaq.
Yeri gəlmişkən, bu arada Britaniyanın baş naziri “Sky News” telekanalına açıqlamasında Britaniya əsgərlərinin Ukraynadakı münaqişə zonasına göndərilməyəcəyini bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB