İranda avtobus aşıb - xəsarət alanlar var

İranda avtobus aşıb - xəsarət alanlar var

İranın Həmədan əyalətində avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər xəsarət alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “IRNA” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ümumilikdə 25 sərnişinin olduğu avtobus yol hasarına çırpılaraq aşıb. İki sərnişin ağır, daha səkkiz nəfər isə yüngül xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə