Dağıstanın Tsuntinski rayonunun Xutrax kəndində baş verən yanğının sahəsi 800 kvadratmetrə çatıb. SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
İdarədən bildiriblər ki, baş verən yanğın nəticəsində 20-yə yaxın bina yanıb, səkkiz ev yararsız hala düşüb.
İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB