Alman deputat Bundestaqda israr edir...

Alman deputat Bundestaqda israr edir...

Almaniya Federativ Respublikası Ukraynanı tez bir zamanda uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təchiz etmək zərurətini bir daha bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu nöqteyi-nəzərə ardıcıl olaraq sadiq qalan Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Agnes Strack-Zimmermann, “Funke” media qrupuna müsahibəsində, bu raketlərin tədarükünün Rusiya Silahlı Qüvvələrinin təchizatını əhəmiyyətli dərəcədə pozmağa qadir olacağını bildirib.

Bununla yanaşı, Strak-Zimmermann Qərbin dəstəyi olmasaydı, Kiyevin artıq münaqişəni uduzmuş olacağını da etiraf edib.

Alman deputat Ukraynanın “Taurus” qanadlı raketləri əldə edəcəyi təqdirdə onun Krımı vura biləcəyini də gizlətməyib.

Beynəlxalq hüququn Ukraynaya Rusiyanın hərbi obyektlərinə və ərazisinə hücum etməyə icazə verdiyini deyən Strak-Zimmermanna görə, Rusiya ordusuna əsasə tədarük məhz Krım yarımadasından təşkil olunur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə