İrəvanda mitinqlər ara verməsə də, amma sakitlikdir..?

İrəvanda mitinqlər ara verməsə də, amma sakitlikdir..?

İrəvanın mərkəzinə toplaşan 600-ə yaxın insan Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətinə qarşı elan edilmiş etiraz aksiyası keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Beləliklə, Respublika meydanında mitinq iştirakçılarının müxalifət nümayəndələri hazırkı baş nazirin istefasının zəruriliyi ilə bağlı çıxışlar etdiyi səhnənin ətrafına toplaşıblar.

Qeyd edilir ki, razılaşdırılmış mitinqin keçirildiyi ərazi təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb. Deyilənlərə görə, nümayişçilər hələ ki, özlərini sakit aparır və polis onların hərəkətlərinə mane olmur.

İrəvanın mərkəzində də vəziyyət sakit kimi qiymətləndirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə