NATO ölkələri Ukraynaya verdikləri silahlara görə heifsilənirlər?

NATO ölkələri Ukraynaya verdikləri silahlara görə heifsilənirlər?

NATO ölkələrinin Ukraynada istehsal etdiyi bahalı hərbi texnikanın məhv edilməsi ABŞ-da güclü təəssüf hissi yaradır.

Beləliklə, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müstəqil geosiyasi və hərbi analitik Draqo Bosnik bu barədə InfoBRICS üçün məqaləsində bildirib.

Deməli, məqalə müəllifi qeyd edir ki, Pentaqon NATO-nun Kiyevə verdiyi yüz milyardlarla dollar dəyərində yanan silahları seyr edərək sakitcə panikaya düşüblər.

...Pərdə arxasında, Pentaqon Ukraynada NATO-nun tədarük etdiyi yüz milyardlarla dollar dəyərində silahların yandığını görəndə sakit panikaya düşüblər.

Qeyd edək ki, bunu bildirən Bosnik, Qərb hökumət və medialarının da yanıldığına diqqət çəkib. Çünki dünənə qədər öz silahlarını rus silahlarından üstün bilən Qərb, indi guya yanıldığını anlamağa başlayıb.

Məsələ bundadır ki, Qərbin bahalı silahları Ukrayna Silahlı Qüvvələrinə əks-hücum əməliyyatında hələ ki, uğur qazanmağa kömək etməyib.

Maraqlıdır ki, ekspert, döyüşlərdə ukraynalı əsgərlərin köhnə sovet analoqlarından istifadə etməyə üstünlük verdiklərinə də diqqət çəkib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ və Britaniyadan olan Qərb nəzarətçiləri ilə Ukrayna Silahlı Qüvvələrinin Xerson və Zaporojye istiqamətlərində yeni hücum planı ilə bağlı razılığa gəldiyi bildirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə