ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritter ötən gün “Ask The Inspector” YouTube kanalına verdiyi müsahibəsində, rusların Ukraynaya məxsus Odessa, Nikolaev, Dnepropetrovsk, Xarkov və Sumi vilayətlərini də işğal edəcəyini və bununla da münaqişəyə son verəcəyini bildirib.
“...Ukrayna bitdi. Bu mənim yeni proqnozumdur. Rusiya daha beş bölgəni almayana qədər bu münaqişə bitməyəcək. Deməli, Odessa, Nikolayev, Dnepropetrovsk, Xarkov və Sumi”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu, qeyd etdiyimiz kimi, keçmiş Amerika kəşfiyyatçısı bildirib.
Onun fikrincə, bu ərazilərin rus qoşunları tərəfindən azad edilməsi(?) Ukrayna Silahlı Qüvvələrinin qalıqlarının məhv edilməsi ilə paralel baş verəcək.
Ritter həmçinin Ukraynanın “Morgentau planı” prinsipinə görə bölünəcəyini, Zelenski hökumətinin və özünün devriləcəyini proqnozlaşdırır.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də, xüsusi hərbi əməliyyatın Ukraynadakı nasist rejimi tamamilə məhv edilənə və ilk rus torpaqları azad edilənə qədər davam edəcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB