...Bu arada Çin şirkətləri Ukraynaya dronların tədarükünü azaldıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” yazır.
Məlumdur ki, sentyabrın 1-dən Çində dronların ixracına nəzarət tətbiq edilib, bunun nəticəsində müəssisələr onların tədarüklərinin sayını azaldıblar. Bununla belə, qeyd olunur ki, Ukraynanı dronlarla təchiz etməyə hazır olan firmalar mürəkkəb paylayıcı şəbəkələrdən istifadə etməkdə israrlıdırlar.
Qeyd edilir ki, yeni qaydalara görə bəzi alıcılar uçan aparatların hissələrini xaricdən gələn dostlarından qaçaqmalçılıq yolu ilə aparmağa və ya borc götürməyə məcbur olurlar. Nəşrin həmsöhbətlərinin fikrincə, Pekinin tətbiq etdiyi ixrac nəzarəti vəziyyəti çətinləşdirə bilər.
Nəşrin ticarət məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında Çin firmaları Ukraynaya 200 min dollardan (19,2 milyon rubl) çox dəyərində pilotsuz təyyarələr və onlar üçün lazımi materiallar verib.
Bu arada Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun nümayəndələri, Ukrayna qüvvələrinin ayda təxminən 10 min pilotsuz uçan aparat itirdiklərini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB