Qazaxıstanın Karaqanda vilayətində tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. Fövqəladə hadisə sentyabrın 30-da səhər saatlarında Balapan aviasiya təlim mərkəzində baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, Mülki Aviasiya Komitəsi min saatdan çox uçuş vaxtı olan təlimatçı pilotun və hərbi institutun kursantının həlak olduğunu bildirib.
“Qəzanın baş verdiyi UP-LA286 təyyarəsinin uçuşa yararlılıq sertifikatı 4 iyun 2020-ci ildə verilib. Təyyarə 2011-ci ildə istehsal edilib. 2020-ci il mayın 13-də Qazaxıstan Respublikasının Mülki Təyyarələrinin Dövlət Reyestrində qeydiyyatdan keçib”, - komitənin açıqlamasında bildirilir. Qəzanın səbəbi açıqlanmır.
Bildirilir ki, Qazaxıstan Aviasiya Administrasiyasının baş direktoru Katalin Radu qəza ilə bağlı təcili iclas keçirib. İclasda uçuşların təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib, araşdırma üçün sənədlər hazırlanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB