ABŞ-da reper Tupak Şakurun qətlində şübhəli bilinən şəxs saxlanılıb
Las-Veqasda reper Tupak Şakurun qətlindən 27 il sonra şübhəli şəxs saxlanılıb. Bu, Keefe D kimi tanınan 60 yaşlı keçmiş narkotik satıcısı Dueyn Davisdir. O, artıq silahla qətl törətməkdə ittiham olunub
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Associated Press” xəbər verir.
Şakur 1996-cı ilin sentyabrında Las-Veqasda güllələnərək öldürülüb. Onun olduğu avtomobilə başqa maşından atəş açıblar. Xatırladaq ki, həmən vaxt Reperin 25 yaşı var idi.
Devis xatirələrində yazıb ki, o, Şakurun vurulduğu avtomobilin ön sərnişin oturacağında olub. Qanqster qatilin reperlə münaqişəsi olan qardaşı oğlu Orlando Anderson olduğunu iddia edib.
...İki il sonra vəfat edən Anderson, Şakurun qətlində hər hansı bir əlaqəsi olduğunu inkar edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB