ABŞ Senatının ən yaşlı üzvü vəfat edib

ABŞ Senatının ən yaşlı üzvü vəfat edib

ABŞ Senatının ən yaşlı üzvü, senator Dayan Feinstein 90 yaşında vəfat edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun Vaşinqtondakı evində həyatını itirdiyi bildirilib.

Demokrat senator Dayan Feinstein San Fransisko Nəzarət Şurasının ilk qadın prezidenti, San Fransisko şəhərinin ilk qadın meri, Kaliforniyadan Senata seçilən ilk iki qadından biri və Senatın Kəşfiyyat Komitəsinə sədrlik edən ilk qadın olub.

Qeyd edək ki, ABŞ Senatında 49 respublikaçı, 48 demokrat və 3 müstəqil senator var idi.
ABŞ prezidenti Co Bayden senator Feinsteinin ölümü ilə əlaqədar gün batana qədər Ağ Evdə və ABŞ-dakı bütün ictimai binalarda bayraqların yarıyadək endirilməsi barədə göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə