NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) şəxsi heyətinin sayı artırılacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Baş katib NATO-nun Kosovodakı vəziyyəti müzakirə etdiyini, KFOR-un şəxsi heyətinin sayının artırılması ilə bağlı qərarın qəbul olunduğunu bildirib. Yens Stoltenberq Kosovo vətəndaşlarının təhlükəsizliyinin və hərəkət azadlığının təmin olunması üçün bütün lazımi addımların atılacağını, bunun qərəzsiz və BMT-nin verdiyi səlahiyyətlər çərçivəsində həyata keçiriləcəyini qeyd edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB