Türkiyənin Adana şəhərində kənd təsərrüfatı işçilərini daşımaq üçün istifadə edilən avtobus dayanacaqda olarkən yanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adananın Kozan rayonunun Çanaklı mahalı Sarıoğlu küçəsində dayanan avtobus naməlum səbəbdən yanıb.
Baş verən yanğında avtobus sürətlə alovlanıb. Yanğını görən vətəndaşlar 112 təcili zəng mərkəzinə zəng edərək məlumat veriblər.
Hadisə yerinə gələn yanğınsöndürənlər müdaxilə edərək yanğını söndürüblər. Polis qrupları yanğınla əlaqədar araşdırma başladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB