"Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask gələn il Türkiyədə keçiriləcək TEKNOFEST-də iştirak edəcək. SİA xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb.
O, festivalda şəxsən iştirak etməyi və Türkiyədə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözlədiyini bildirib.
TEKNOFEST-dən görüntülərlə video paylaşan Musk festival çərçivəsində yarışlarda iştirak edən bütün komandaları təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə