Serbiya prezidenti Aleksandr Vuçiç dekabrın 17-də növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olduğunu təsdiqləyib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "EFE" xəbər agentliyi bildirib.
"Müxalifət seçkilərin keçirilməsini tələb edirdi, onu da alacaqlar. Hazırlansın, 79 günü qalıb. Seçkilər Belqradda (bələdiyyə seçkiləri) və bütün Serbiyada keçiriləcək", - deyə o bildirib.
Bundan əvvəl sentyabr ayında Serbiyanın beş müxalifət partiyası A.Vuçiçə seçkilərdə qalib gəlmək üçün ümumi strategiyanın hazırlanması haqqında saziş imzalamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə