Rusiya Müdafiə Nazirliyi bildirib ki, sentyabrın 29-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu cənubi sudanlı həmkarı Çol Ton Balok ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, ikitərəfli görüşdə tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini, eləcə də müdafiə sektorunda ümumi perspektivləri müzakirə ediblər.
“Tərəflər Mərkəzi Afrikada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün Rusiya və Cənubi Sudanın hərbi idarələri arasında tərəfdaşlığın vacibliyini qeyd ediblər, həmçinin hərbi sahədə ikitərəfli münasibətlərin inkişafı üçün gələcək birgə addımlar barədə razılığa gəliblər”.
Bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə