Norveç də Rusiya dövlət nömrə nişanlı avtomobilləri ölkəyə buraxmayacaq

Oktyabrın 3-dən Norveç Rusiya qeydiyyatında olan avtomobillərin öz ərazisinə daxil olmasını qadağan edəcək.

Norveçin “TV 2” telekanalının ölkənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, qadağa on və ya daha çox oturacaq yeri olan avtomobillərə təsir etməyəcək.

Beləliklə, Norveç sərhədini mikroavtobus və avtobuslarla keçmək hələ də mümkün olacaq. Ağır xəstəliyin müalicəsi və ya dəfn mərasimi üçün Norveçə səfər edənlər üçün də istisnalar olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Norveç hakimiyyət orqanları qadağanın tətbiq olunduğunu sentyabrın 20-də elan etsə də, konkret tarix açıqlamayıb.

...Norveç, Finlandiya kimi, Rusiya qeydiyyatı olan avtomobillərin idxalına və istifadəsinə məhdudiyyətlər tətbiq edəcək. İndi bunun necə edilməli olduğunu öyrənirik və tezliklə konkret tədbirlərlə geri dönəcəyik.

Qeyd edək ki, bunu Norveç dövlət katibi Eivind Vad Petersson bildirib.

Xatırladaq ki, bir gün əvvəl Finlandiya Norveçlə sərhədində Rusiya nömrəli avtomobillərin ölkəyə girişinin qarşısını almaq üçün gecə-gündüz nəzarət tətbiq edib.

Onu da xatırladaq ki, sentyabrın 16-da Helsinki rus maşınlarının girişinə qadağa qoysa da, lakin Rusiyadan gələn avtomobillər Finlandiyaya hələ də onlara icazə verən Norveçdən keçə bilirdi.

Yeri gəlmişkən bundan əvvəl Latviya, Estoniya və Litvada da Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa qoymuşdu.

Onu da xatırladaq ki, Vilnüs Kalininqrada və ya oradan gedən avtomobillər üçün istisnalar təşkil edib.

...Finlandiya ilə birlikdə oktyabrın 16-da Polşa da qadağaya qoşulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə