Putin Ukrayna vətəndaşlarına Rusiyaya vizasız daxil olmağa icazə verib

Ukrayna vətəndaşının Rusiya Federasiyasına daxil olub-olmaması üçün tələb olunan sənədlərin siyahısı müəyyən edilib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Fərmana əsasən, ukraynalıların viza üçün müraciət etməsinə ehtiyac yoxdur, onlara Rusiyaya, xüsusən də Ukrayna pasportu ilə daxil olmağa icazə verilir.

Qeyd edək ki, Ukrayna vətəndaşının Rusiya Federasiyasına daxil olub Rusiyanı tərk edə biləcəyi sənədlərin siyahısına aşağıdakılar daxildir: diplomatik və xidməti pasportlar, doğum haqqında şəhadətnamə, uşaq haqqında məlumatı göstərən yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinin xaricə səyahət üçün Ukrayna vətəndaşının pasportu, dənizçinin şəxsiyyət vəsiqəsi, Ukraynaya qayıtmaq üçün şəxsiyyət vəsiqəsi, təyyarə ekipajı üzvünün sertifikatı.

Eyni zamanda, Ukrayna vətəndaşları yuxarıda göstərilən sənədlərlə, hətta onların etibarlılıq müddəti bitmiş olsa belə, Rusiyaya daxil ola bilərlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə