Rusiya hakimiyyəti ilhaq edilmiş ərazilərdə xarici avtomobillər alır

...2022-ci ildə Ukraynadan ilhaq edilmiş ərazilərdə yaradılan Rusiya hakimiyyət orqanları və dövlət qurumları 348 milyon rubl dəyərində 136 minik avtomobili alıb. SİA-nın əldə etdiyi məlumata görə, avtomobil parkının 40 faizdən çoxu orta qiyməti dörd milyon rubl olan xarici avtomobillərdən ibarətdir.
Qeyd edək ki, avtomobillərin bəziləri Rusiyanın qeyri-dost kimi tanıdığı ölkələrdən gətirilib.

Müstəntiqlər dövlət satınalmaları vebsaytını təhlil edərək müəyyən ediblər ki, Rusiyanın Xerson vilayətinin hakimiyyət orqanları ən bahalı avtomobilə - zirehli yolsuzluq avtomobili “Toyota Land Cruiser 300”-ə görə 22,3 milyon rubl ödəyib.

Etiraf edilməlidir ki, kəmiyyət baxımından dövlət qurumları daha çox rus avtomobilləri – “Lada” və “UAZ” alıblar. Lakin buna baxmayaraq daha çox vəsait xarici avtomobillərə xərcləyib.

Ümumilikdə iki “Toyota” və bir “Nissan” (Yaponiyada), altı “Hyundai” avtomobili (Cənubi Koreyada) “dost olmayan” ölkələrdən alınıb.

Alınan daha 9 avtomobil Çində, 13-ü isə Qazaxıstanda istehsal olunub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə