Putin ''Vaqner'' komandanlarından olan Andrey Troşevlə görüşüb

Rusiya prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi təşkilatının komandanlarından Andrey Troşevlə görüşüb.

Rusiya prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi təşkilatının komandanlarından Andrey Troşevlə görüşüb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, görüşdə Rusiya Müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov da iştirak edib.
Kremlin sözçüsü Dmitri Peskov Putin-Troşev görüşündən sonra verdiyi açıqlamada deyib: "Troşev artıq Rusiya Müdafiə Nazirliyində işləyir."
Rusiya prezidenti Vladimir Putin iyulun 14-də “Kommersant” qəzetinə verdiyi müsahibədə Ukraynada döyüşən ''Vaqner'' qruplaşmasının 24 iyunda Rusiya administrasiyasına qarşı üsyan etməsindən sonra 29 iyunda Kreml sarayında 35 ''Vaqner'' komandiri ilə görüşdüyünü bildirmişdi.

Komandirlərə müxtəlif iş variantları təklif etdiyini qeyd edən Vladimir Putin “Vaqner” döyüşçülərinin “Sedoy” ləqəbli komandirin komandanlığına keçməsini təklif etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə