Hollandiyanın Rotterdam şəhərində universitet xəstəxanası və yaxınlıqdakı evə iki ayrı silahlı hücum olub. SİA xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 2 nəfər ölüb, 14 yaşlı qız isə yaralanıb.
Hollandiya polisi Rotterdamda iki fərqli bölgədə silahlı hücumlar olduğunu bildirib. Hücumlardan biri Erasmus Tibb Mərkəzində, digəri isə yaxınlıqdakı mənzildə baş verib. Polis 32 yaşındakı şübhəlinin tutulduğunu açıqlayıb. Rotterdam meri Ahmed Aboutalebin verdiyi məlumata görə, 2 nəfər ölüb, 1 nəfər də yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə