Türkiyənin şimal-qərbində yağan güclü yağışlar İstanbulun bir sıra bölgələrində daşqınlara səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, ən çox zərər İstanbulun şimal-qərbində yerləşən Arnavutköyə dəyib. Bundan əlavə Silivri, Çatalca və Sancaktəpədə də daşqınlar qeydə alınıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Əyalət səlahiyyətliləri İstanbulda leysan yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB