İsveçin baş naziri ölkədə cinayətkar dəstələrin artmasının qarşısını almaq üçün Baş Qərargah rəisini görüşə çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, iclasda Baş nazir və Baş Qərargah rəisi polis rəisi ilə birlikdə quldur dəstələrinə qarşı mübarizədə ordunun oynaya biləcəyi rolu müzakirə edəcəklər.
Paytaxt Stokholmda 12 saat ərzində iki nəfərin, paytaxtın şimalında isə evində baş verən partlayışda 25 yaşlı qadının ölümündən sonra bu görüş qərara alınıb.
Baş nazir Ulf Kristersson televiziyaya verdiyi açıqlamasında "Biz dəstələri ovlayacağıq və onları məğlub edəcəyik" deyib.
Baş Qərargah rəisi Maykl Bayden də İsveçin “Dagens Nyhete” qəzetinə deyib ki, onlar polisə quldur dəstələrlə mübarizədə kömək etməyə hazırdırlar.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB