Kadırovla görüşdə Putin Moskvada məscid tikintisinə razılıq verib

Kadırovla görüşdə Putin Moskvada məscid tikintisinə razılıq verib

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla Quranı yandırmaqda şübhəli bilinərək həbs edilən 19 yaşlı Nikita Juravelin döyülməsindən bir neçə gün sonra görüşüb.

Xatırladaq ki, Juravelə qarşı zorakılıq edən Ramzanın 15 yaşlı oğlu Adəmin əməllərini lentə alıb yayanın Çeçenistan rəhbəri Kadırovun özü olduğu deyilir.

Beləliklə, SİA-nın əldə etdiyi məlumata görə, Kadırov oğlunun hərəkətlərinin görüşdə müzakirə olunub-olunmadığını demədən Telegram kanalında görüşün təfərrüatları barədə danışıb.

Bunun əvəzinə Çeçenistan rəhbəri bildirib ki, Putin Moskvanın kənarında, Yujnoye Butovo rayonunda, Ramzan Kadırovun atası, Çeçenistan Respublikasının birinci prezidenti Axmatın adını daşıyan küçədə məscid tikmək ideyasını təsdiqləyib.

Bundan əlavə, Çeçenistan rəhbərinin sözlərinə görə, o, Putinlə regiondakı “sosial-iqtisadi vəziyyəti” və çeçen silahlı birləşmələrinin Ukraynadakı müharibədə iştirakını müzakirə edib.

Kadırovun dediyinə görə, Rusiya prezidenti onların uğurlarını və onlara verilən tapşırıqların yerinə yetirilməsində qətiyyətli münasibətini qeyd edib.

Xatırladaq ki, Bundan əvvəl internetdə Kadırovun komada olması barədə məlumat yayılmışdı.

Onu da qeyd edək ki, Ukrayna kəşfiyyatı Kadırovun vəziyyətinin ağır olduğunu iddia etsə də, Çeçenistan lideri bunu təkzib edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə