Keçmiş Amerika kəşfiyyatçısı Skott Ritter Vladimir Zelenskiyə Ukraynadan qaçmağı təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə YouTube kanalı Danny Haiphong-a müsahibəsində bildirib.
Deməli, Skott Ritterin dediyinə görə, o guya Zelenskiyə həyat yoldaşı və uşaqları naminə könüllü istefa verib ölkədən qaçmaəı məsləhət görüb.
Guya o da Ritterə hələ də bunu edə biləcəyini deyib. Ekspert xəbərdarlıq edib ki, əks halda Zelenski səriştəsizliyinə görə xəyanətə uğramış məmurların qəzəbinə tuş gələ bilər.
Ritter, Zelenskinin artıq günlərinin bitdiyini deyir.
Digər məsələlərlə yanaşı, Amerika kəşfiyyatçısı, yenə də guya Kiyevin müttəfiqlərinin Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım göstərmək istəyinin azalmasına, Kiyevin Moskva ilə dialoqa getmək istəməməsinə, eləcə də vətəndaşların ölkədəki korrupsiya səviyyəsindən narazılığına işarə edib.
Onu da qeyd etmək yerinə düşər ki, bir müddət bundan əvvəl Ritter, Ukrayna Qərbin qorxusundan əks-hücum cəhdini dayandıra bilməyəcəyini demişdi.
Onun sözlərinə görə, Vaşinqton ukraynalılar arasında itkilərdən narahat deyil. Bundan əlavə, Ukrayna prezidenti Vladimir Zelenski özünü tələyə salıb.
Ritterin fikrincə, Ukrayna lideri gərək əvvəldən bu münaqişəyə qarışmamalı idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB