Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiyanın gələn il üçün müdafiə xərclərinin artırılmasını nəzərdə tutan büdcə layihəsi ilə bağlı sualını şərh edib.
SİA xəbər verir ki, Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, Rusiyada hərbi xərclərin elan edilmiş artımı Ukraynada davam edən hərbi əməliyyatlar və Rusiya dövlətinə qarşı açılan hibrid müharibə səbəbindən zəruridir.
Təbii ki, belə bir artım lazımdır, mütləq lazımdır, çünki biz bizə qarşı açılmış hibrid müharibə vəziyyətində yaşayırıq, xüsusi hərbi əməliyyatı davam etdiririk və bu, yüksək xərclər tələb edir.
Dmitri Peskov bildirib bunu.
Xatırladaq ki, Rusiyanın 2024-cü il üçün federal büdcə layihəsində milli iqtisadiyyata ayrılan xərclərin payı azaldılıb. Belə ki, azaldılan məbləğ müdafiəyə yönəldilib. Yəni müdafiə xərcləri artırılıb.
Belə görünür ki, gələn il Rusiyada müdafiə sənayesinə xərclərin payı mütləq ifadədə 10,7 trilyon rubl təşkil edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB