"Qərb Ukraynada uzun sürən müharibəyə hazırlaşmağa başlayıb..."

"Qərb Ukraynada uzun sürən müharibəyə hazırlaşmağa başlayıb..."

Qərb ölkələrinin hakimiyyət orqanları Rusiyanın Ukraynaya qarşı müharibəsinin hələ uzun sürəcəyinə və başa çatmayacağına inanmağa başlayıblar.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu fikri Karnegi Beynəlxalq Sülh Fondundan olan hərbi analitik Maykl Kofman deyib.

Qeyd edək ki, ilk olaraq Kofman Ukrayna Silahlı Qüvvələrinin Rusiya müdafiəsini yarıb keçə bildiyi əks-hücum əməliyyatını qiymətləndirib. Amma maraqlıdır ki, o bunu həlledici irəliləyiş kimi dəyərləndirməyib.

Onun fikrincə, Ukrayna hərbçiləri “boşluğu genişləndirir”, lakin hələ ki, onun miqyası Ukrayna Silahlı Qüvvələrinin döyüşə zirehli texnikası daxil edəcəyi təqdirdə baş verə biləcək dönüş nöqtəsindən danışmağa imkan vermir.

Hərbi analitik qeyd edib ki, Qərb bu əks-hücumun Ukraynaya Rusiya Federasiyası ilə danışıqlarda üstünlük verəcəyinə inanırdı, lakin indiyə qədər “bu fikir tamamilə tərk edilməsə də, arxa plana keçib”.

...İnsanlar başa düşürlər ki, müharibə uzun olacaq və bu müharibəni qısaltmağın potensial yolları keçmişdə qalıb. Ona görə də. əsas planlaşdırma bütün müharibələr kimi müxtəlif mərhələləri olan daha uzun müharibəyə yönəlməlidir.

Hərbi ekspert belə hesab edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə