Rusiya təyyarəsi Pxenyana eniş edib

Rusiya təyyarəsi Pxenyana eniş edib

Rusiya Hərbi Hava Qüvvələrinin İl-62M hərbi VIP təyyarəsi Şimalı Koreyanın paytaxtı Pxenyana eniş edib. Qərbdə bu, Şimali Koreya lideri Kim Çen Inın Rusiya ilə fəal əməkdaşlıq etdiyi və ona dəstək verdiyi barədə fikirlərə əsas verməkdədir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu təyyarə Rusiya rəhbərliyi tərəfindən 2023-cü ilin yayın sonunda Şimali Koreyaya göndərilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib. Həmçinin, Koreya mediasında bu mövzuda heç bir nəşrdə işıq üzü görməyib.

Bu arada ABŞ jurnalistləri hesab edir ki, təyyarədə yeni silah ehtiyatı istəmək üçün Şimali Koreyaya uçmuş Rusiya rəsmiləri olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə