Ruslar yazdıqları yeni tarixin bir hissəsini dəyişdirdilər..?

Ruslar yazdıqları yeni tarixin bir hissəsini dəyişdirdilər..?

Xəbəriniz olsun ki, guya... Çeçenistan hakimiyyətinin tənqidindən sonra yeni Rusiya tarixi dərsliyində xalqların deportasiyası ilə bağlı hissə yenidən yazılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baza Telegram kanalında məlumat verilib.

Deməli, söhbət 10-cu siniflərin tarix dərsliyindəki hissədən gedir. Qeyd edək ki, həmə paraqrafların birində “Böyük Vətən Müharibəsi illərində çeçenlər, inquşlar, kalmıklar, balkarlar və Krım tatarları nasistlərlə əməkdaşlıq edirdilər”, buna görə Sovet hökuməti onları “kollektiv cəzaya məruz qoymağa” – ölkənin şərq rayonlarına deportasiya etməyə qərar verirdi yazılıbmış...

Təbii ki, bu yozum həmən xalq nümayəndələrini, deyilənə görə daha çox İnquşetiya və Çeçenistandakıların qəzəbinə səbəb olub.

Belə ki, Çeçenistan Respublika Parlamentinin sədri Maqomed Daudov respublika rəhbəri Ramzan Kadırovun adından bu məsələyə baxacağına söz verib. Onun sözlərinə görə, o, çeçen siyasətçinin mövqeyini Rusiya Federasiyasının Mədəniyyət Naziri Vladimir Medinskiyə çatdırıb və o, dərsliyin keçidini “səliqəyə salmağa” hazır olduğuna inandırıb.

Və nəticədə xalqların deportasiyası ilə bağlı fəsil redaktə olunub və dəyişikliklər barədə dərhal İnquşetiya və Çeçenistan hakimiyyətlərinə məlumat verilib.

Beləliklə, indi dərslikdə qeyd olunur ki, xalqların qovulması “faciəvi səhifə” olub və “cəbhənin yaxınlığı şəraitində” onlar “təsadüfən xəyanətdə ittiham ediliblər”.

Bizdə bir məsəl var ey, onu necə deyirlər, keçəl Həsən və ya Həsən keçəl...nə fərqi ki?

P.S: Qeyd edək ki, elə əvvəllər də Medinskinin dərsliyin müəlliflərindən biri olduğu qeyd edilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə