Sentyabrın 30-da...bayram olacaq

Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə Ukraynanın dörd vilayətinin ilhaq gününün qeyd edilməsi haqqında qanun imzalayıb. Əvvəllər sənəd parlamentin hər iki palatası tərəfindən qəbul edilib. Sənəddə deyilir ki, bayram Rusiyada istirahət günü olacaq sentyabrın 30-da qeyd olunacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, qanuna əsasən, yeni istirahət günü “Donetsk Xalq Respublikasının, Luqansk Xalq Respublikasının, Zaporojye vilayətinin və Xerson vilayətinin Rusiya Federasiyasına birləşmə günü” adlanır. Sənəddən belə çıxır ki, ilk istirahət günü bu il sentyabrın 30-u olsa da, şənbə gününə təsadüf edir.

Xatırladaq ki, ruslar bu bayramı referendum adlandırdığı səsvermənin nəticələri ilə əsaslandırıblar.

Onu da xatırladaq ki, Ukrayna və dünyanın əksər ölkələri bu səsverməni uydurma hesab edərək bunun beynəlxalq normalara və Ukrayna qanunvericiliyinə zidd olaraq keçirildiyini bildiriblər.

Kiyev dəfələrlə səsvermənin nəticələrini və ilhaq barədə qərarı heç vaxt tanımayacağını bəyan edib.

Yeri gəlmişkən, sentyabrın 30-da Rusiya “Donetsk Xalq Respublikasının, Luqansk Xalq Respublikasının, Zaporojye vilayətinin və Xerson vilayətinin Rusiya Federasiyasına birləşmə günü”nü bayram etsə də, halbuki Xerson və Zaporojye vilayətlərinin əksər, Donetsk vilayətinin isə əhəmiyyətli hissəsi hələ də Moskvanın nəzarətində deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə