"BMT üzv ölkələrin Baş Assambleyada söylədiklərinə qarışa bilməz"

"BMT üzv ölkələrin Baş Assambleyada söylədiklərinə qarışa bilməz"

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik İsrail-Fələstin məsələsində iki dövlətli həll yolunu dəstəkləməyə davam edəcəklərini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Stefan Düjarrik keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İsrail Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında tarixi Fələstin torpaqlarını İsrail sərhədləri daxilində göstərən xəritədən istifadə etməsinə reaksiya ilə bağlı sualı cavablandıran Stefan Düjarrik deyib:''Üzv ölkələrin Baş Assambleyada söylədiklərinə və ya göstərdiklərinə qarışa bilmərik və qarışmaq istəmirik”.
Bu xəritənin BMT-nin mövqeyini əks etdirmədiyini bildirən Dujarrik deyib: "Hər mühitdə iki dövlətli həlli dəstəkləməyə davam edəcəyik".

Fələstin Daimi Nümayəndəliyinin Netanyahunun hərəkətini pisləyən məktubunun BMT Baş katibinə gəlib-gəlmədiyini hələ təsdiqləyə bilmədiyini ifadə edən Stefan Dujarrik bu cür hərəkətlərin BMT-nin mövqeyini dəyişmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə