...“Nəyin bahasına olursa olsun” Ukraynada sülh variantı NATO üçün uyğun deyil.
SİA-nın əldə etdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna lideri Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya bu gün silahlarını yerə qoya və döyüş əməliyyatlarını dayandıra bilər, lakin Ukraynanın belə bir seçimi yoxdur.
Stoltenberq bildirib ki, Kiyev təslim olarsa, bu, sülh demək deyil və işğala səbəb olacaq.
NATO-nun baş katibi... “nəyin bahasına olursa olsun sülh mükəmməl sülh olmayacaq”, deyə bildirib.
Qeyd edək ki, alyansın baş katibi də Zelenskinin sülh formulunu dəstəkləyib.
Bundan əlavə, Stoltenberq vurğulayıb ki, Ukraynanın gələcəyi NATO-dadır və hazırda alyans Kiyevlə birlikdə ölkəni bu gələcəyə hazırlamaq üçün işləyir.
...Ukraynaya hərbi dəstək Rusiya ilə danışıqlarda onun üçün məqbul şərtlərin olması üçün lazımdır.
Bunu bir müddət əvvəl Stoltenberq bəyan etmişdi.
Rus saytlarının yazdığına görə, guya Moskva dəfələrlə Kiyevlə dinc danışıqlara hazır olduğunu bəyan edərək, onu yer üzündə hökm sürən reallıqları qəbul etməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB