Yunanıstanda mülki helikopter dənizə düşüb

Yunanıstanda mülki helikopter dənizə düşüb

Yunanıstanın Euboea sahillərində mülki helikopter qəzaya uğrayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Yunanıstan ERT- telekanalının yaydığı məlumata görə, AW109 tipli mülki helikopter Volos sənaye bölgəsinə getmək üçün Euboea adasındakı Mandudi bölgəsindən havaya qalxıb.
Helikopterin havaya qalxdıqdan bir müddət sonra dənizə düşdüyü bildirilib.
Helikopterin göyərtəsindəki 2 nəfərin tapılması istiqamətində axtarış-xilasetmə işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə