Qızı ətçəkən maşında doğrayan kişi...əfv olunub

Qızı ətçəkən maşında doğrayan kişi...əfv olunub

Qızı boğaraq meyitini ətçəkəndən keçirən Perm vilayətinin sakini Dmitri Zelenski Ukraynaya qarşı müharibədə iştirak etdiyi üçün əfv olunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə onun anası “59.ru” portalına danışıb.

Deməli, Tatyana Melexinanı öldürəndən sonra Zelenski əvvəlcə “özünə alibi düzəltməyə” çalışdı, sonra özü polisə gələrək təslim olub.

Qeyd edək ki, o, Tatyananın meyitini parçalara ayıraraq, ətçəkən maşında işləyib, sümükləri isə üç kisəyə yığaraq çaya atıb.

Deyilənlərə görə, 2019-cu ildə məhkəmə Zelenskini 11 il müddətinə azadlıqdan məhrum edib.

Zelenskinin anasının dediyinə görə, oğlu 2022-ci ilin noyabrında ona zəng edərək, “Vaqner” PMC ilə altı ay müddətinə müqavilə bağladığını və Luqansk yaxınlığında cəbhədə olduğunu söyləyib. Zelenski yazda anası ilə yenidən əlaqə saxlayıb.

İyun ayında o, əfv fərmanı alıb və hazırda Luqansk vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində yaşayır - “xalasına ev işlərində kömək edir”.

Yaxınlarda isə Anapada inşaatçı kimi işləməyi planlaşdırır.

Bunu deyən ana, artıq oğlunun “etdiyi işdən peşman olduğunu və tövbə etdiyini” bildirib.

Inanırsınızmı..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə