42 875 qeyri-qanuni miqrant deportasiya edilib

42 875 qeyri-qanuni miqrant deportasiya edilib

Türkiyə daxili işlər naziri Əli Yerlikaya iyunun 1-dən sentyabrın 22-dək 42 min 875 qeyri-qanuni miqrantın deportasiya edildiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, nazir Əli Yerlikaya paytaxt Ankarada jurnalistlərin suallarını cavablandırıb.

Əli Yerlikaya iyunun əvvəlindən sentyabrın 22-dək 97 min 363 qeyri-qanuni miqrantı saxladıqlarını və onlardan 42 min 875-ni deportasiya etdiklərini bildirdi.

Qeyri-qanuni miqrantların əsasən Əfqanıstan, Pakistan, Özbəkistan və İrandan Türkiye ərazisinə daxil olduğunu deyən Əli Yerlikaya Mobil Miqrasiya Nöqtəsi Tətbiqini İstanbulda işə saldıqlarını bildirib.

"Oktyabrın 1-də Bursa, Adana, İzmir və Ankarada Mobil Miqrasiya Nöqtəsi Tətbiqinə başlayırıq. Noyabrın 1-də nəqliyyat vasitələrinin sayını 153-ə çatdıracağıq və eyni vaxtda 30 böyük şəhərdə başlayırıq'',-deyə Əli Yerlikaya deyib.

Keçən həftə Yunanıstanın miqrasiya naziri və Bolqarıstanın daxili işlər naziri ilə sərhəd təhlükəsizliyi və qeyri-qanuni miqrasiya ilə mübarizə mövzusunda telefon danışığı apardığını bildirən nazir Yerlikaya Bolqarıstanın daxili işlər naziri Kalin Stoyanovun oktyabrın 10-da Türkiyeyə gələcəyini, Yunanıstanın miqrasiya naziri Dimitris Keridisin səfərinin tarixinin hələ dəqiqləşdirilmədiyini söylədi.

Bütün xəbərlər Facebook səhifəmizdə