Qida mütəxəssisinin oğlu aclıqdan öldü

Qida mütəxəssisinin oğlu aclıqdan öldü

Rusiyanın Armavir şəhərində yaşayan 33 yaşlı Oksana Mironova və onun 43 yaşlı əri Maksim Lyutyi həbs edilərək 1 aydan az olan körpələrinin ölümündə günahlandırılıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkədə günəş işığı ilə bəslənməyə inanan və özünü təbii qida mütəxəssisi kimi təqdim edən Maksim Lyutyi, pranda adlı pəhrizi müdafiə edərək, yeməksiz, hətta susuz günəş işığında yaşamağı populyarlaşdırmağa çalışıb.

Həyat yoldaşı ilə birlikdə izlədiyi həyat tərzini övladında sınayan ata dəhşətli sonla üzləşib. Ailənin evinə baxış zamanı məlum olub ki, Mironova evdə doğuş edib və körpə doğuşdan sonra xəstəxanaya aparılmayıb.

Ana Mironova təqsirini boynuna aldığını və bir ayı tamam olmayan oğlunun ölümündən təəssüfləndiyini bildirib. Lyutyi yeni doğulmuş körpəyə işgəncə verdiyi iddiası ilə ayrıca məhkəmə qarşısındadır.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə