Qeyr Pedersen Suriyadakı vəziyyəti qiymətləndirib

Qeyr Pedersen Suriyadakı vəziyyəti qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen deyib: “Biz Suriyadakı hazırkı vəziyyəti davam etdirə bilmərik, çünki bölgədəki vəziyyət daha da pisləşə bilər''.

SİA-nın əldə etdiyi məlumata görə, Qeyr Pedersen BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı sessiyasında üzv ölkələri bölgədəki vəziyyətlə bağlı məlumatlandırıb.

BMT-nin baş katibi Antonio Quterreşin "Suriya xarabalığa çevrildi və üfüqdə sülh görünmür" sözlərini təkrarlayan Geir Pedersen ölkədəki tərəflər arasında etimadsızlığın, siyasi qeyri-sabitliyin və beynəlxalq mühitin həlli çətinləşdirdiyini bildirib.

Digər tərəfdən Suriya xalqının ümidsizliyi və əzabının getdikcə daha da dərinləşdiyinə diqqət çəkən Qeyr Pedersen deyib: "Suriyadakı mövcud vəziyyət daha da pislə bilər''.

Suriya cəmiyyətinin yarısının ərzaq çatışmazlığı ilə üzləşdiyini və ölkədəki tibb işçilərinin Suriyanı tərk etməyə davam etdiyini bildirən Qeyr Pedersen deyib: “2020-ci ildən bəri davam edən nisbi sakitlik ciddi təhlükə altındadır” deyərək şiddətin artmasına diqqət çəkib.

Quterreşin “güzəşt”də israrlı olduğunu xatırladan Qeyr Pedersen deyib: “Suriyada tərəflər və beynəlxalq aktyorlar güzəştə getmək mövzusuna daha çox diqqət yetirməlidirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə