Rusiyanın Federal Vergi Xidməti Lerçek kimi tanınan bloger Valeriya Çekalinanı vergiləri ödəmədiyinə görə 124 milyon rubl (təxminən 2 milyon 182 min manat) cərimə ödəməyə məcbur ediləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə blogerin vəkili Konstantin Tretyakova məlumat yayıb.
O bildirib ki, Federal Vergi Xidməti qərarını sentyabrın 18-də verib. Xidmət Çekalina və əri Artemdən cərimə ödəmələrini tələb edib.
Tretyakov onu da əlavə edib ki, hazırda cütlük bunu edə bilməz, çünki onların əmlakına və hesablarına cinayət işi çərçivəsində həbs qoyulub.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB