ABŞ İsrail vətəndaşları üçün vizasız giriş rejimi tətbiq edir

ABŞ İsrail vətəndaşları üçün vizasız giriş rejimi tətbiq edir

İsrail vətəndaşlarından ABŞ-a səfər etmək üçün artıq viza tələb olunmayacaq. Çərşənbə günü Dövlət Departamentinin saytında vizasız girişin tl onlar elektron “ESTA” sistemində qeydiyyatdan keçməli və maksimum 72 saat ərzində təyyarəyə minməətbiqi ilə bağlı elan yayılıb. SİA-nın əldə etdiyi məlumata görə, İsrail ABŞ-ın vizadan imtina proqramına daxil etdiyi 41-ci ölkə oldu.

Biometrik pasportlara malik israillilər turizm və işgüzar səfərlər üçün ABŞ-da ardıcıl 90 günə qədər qala biləcəklər. Lakin uçuşdan əvvək üçün lazım olan təsdiqi almalıdırlar.

Bu arada ABŞ-ın İsraildəki müvəqqəti işlər vəkili Stefani Hulett bildirib ki, ABŞ İsraildən bütün vətəndaşlarının, o cümlədən İordan çayının qərb sahilində və Qəzza zolağında yaşayan Amerika pasportuna malik fələstinlilərin də ölkəyə maneəsiz çıxışını təmin etməsini gözləyir.

Qeyd edək ki, hazırda İsrail təhlükəsizlik xidmətləri onları buraxmaqdan imtina edir.

Yeri gəlmişkən, İsraillilərin ABŞ-a vizasız girişi bu il noyabrın 30-dan başlayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə