Mariya Zaxarova Kanadaya xəbərdarlıq edir...

Mariya Zaxarova Kanadaya xəbərdarlıq edir...

...Kanada hakimiyyətinin nasistlərlə flört (bu da bir tanışlıq növüdür-A.B.) etməsi qaçılmaz olaraq Moskva ilə Ottava arasındakı münasibətlərə təsir göstərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu xəbərdarlıqla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxış edib.

Qeyd edək ki, bundan əlavə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 27-də rəsmi portalda dərc olunmuş press-relizində də deyilir.

Beləliklə, bir müddət bundan əvvəl Kanada parlamentində nasist “Qaliçina” diviziyasından olan birinin təltif edilməsini Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova şərh edib.

O, bu hadisəni “Kanada hökumətinin əxlaqsızlığının apoteozu” adlandıraraq, Kanada hakimiyyətinin nasistlərlə flört etməsinin Rusiya və Kanada arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyini söyləyib.

“...Qeyd etmək istərdim ki, Ottavanın nasistlərlə flörtləri və sistematik düşmən hücumları nəticəsiz keçməyəcək. Məsələ etirazlarla məhdudlaşmayacaq, Ottavanın mövqeyinə görə ən dərin böhranda olan Rusiya-Kanada münasibətlərinə istər-istəməz təsir göstərəcək”.

Bunu deyən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi, daha sonra Kanadanı dost olmayan dövlət adlandıraraq, onun hakimiyyətinin nəinki nasizmlə şərikliyi ilə ləkələndiyini, həm də öz tarixinə xəyanət etdiyini, bunun nəticəsində Moskvanın öz siyasətini buna uyğun quracağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə