Avropa Ukraynada bitir, ruslar avropalı deyillər…

Avropa Ukraynada bitir, ruslar avropalı deyillər…

Ukraynanın ərazi müdafiəsinin keçmiş spikeri Sara Eşton-Çirillo prankerlər Vovan və Lexus ilə söhbəti zamanı rusları xalq hesab etməkdən imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı prankerlər Vovan və Lexus Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun adından Ukrayna Silahlı Qüvvələrinin keçmiş spikeri Sara Eşton-Çirilloya zəng edərək onunla “məzələnmək” istəyiblər.

Söhbət zamanı keçmiş spiker Rusiya və onun vətəndaşları haqqında düşündüyü hər şeyi dilə gətirib. Belə ki, o, “...ruslar nəinki Çingiz xanın dövründəki kimi “yola yönəldilmək” istəyən guya “quldurlar”, həm də onların “insanla heç bir əlaqəsi yoxdur”-deyə bildirib.

“…Reallıq budur ki, ruslar avropalı deyil. Ruslar, cənab Danilovun açıq şəkildə dediyi kimi, fərqli mədəniyyətə malikdirlər. Ruslar asiyalıdır.

... Mən istərdim ki, Avropanın qalan hissəsi və Qərb dünyası başa düşsünlər ki, Avropa Ukraynada bitir.

…Deyim ki, Kremldə baş verənlərin və Putinin qərarlarını dəstəkləyən hər bir rusun etdiklərinin şəxslə heç bir əlaqəsi yoxdur. Onları insan adlandırmaq olmaz. Əslində onlar insanlığın düşmənləridir”.

Maraqlıdır ki, bunları deyən Eşton-Çirillo, rusiyalı jurnalistləri hərbi cinayətkar hesab etdiyini və onlara qarşı istənilən növ silahdan istifadə etməyə də çağırış edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə