Özbəkistan və Çin birgə elektromobil istehsal edəcək

Özbəkistan və Çin birgə elektromobil istehsal edəcək

Sentyabrın 26-da Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə Çinin BYD konqlomeratı Özbəkistanda elektrik və hibrid avtomobillərin eləcə də onların komponentlərinin istehsalının təşkilinə dair investisiya sazişi imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Uzavtosanoat” və “BYD Auto” elektrik və hibrid avtomobillər istehsal edəcək “BYD Uzbekistan Factory” adlı birgə müəssisə yaratmağı planlaşdırır.

İnvestisiya layihəsinin birinci mərhələsi çərçivəsində 50 min avtomobilin istehsalı nəzərdə tutulur, ikinci mərhələnin başa çatması ilə isə istehsalın həcmi ildə 300 min avtomobilə çatacaq.

Qeyd edək ki, “BYD Uzbekistan Factory” Çin şirkəti ilə elektrik avtomobilləri sahəsində Çindən kənarda dünya liderlərindən biri arasında ilk birgə müəssisə olacaq.

Yeri gəlmişkən, müqavilənin imzalandığı gün Özbəkistan Prezidenti Şavkat Mirziyayev BYD-nin prezidenti və təsisçisi Vanq Çuanfunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə