Köşə yazarının qapısı altına donuz başı atılıb

Köşə yazarının qapısı altına donuz başı atılıb

Bu arada Moskvada naməlum şəxslər “RİA Novosti” dövlət agentliyinin köşə yazarı Timofey Sergeytsevin yaşadığı mənzilin qapısına kəsilmiş donuz başı qoyublar. SİA-nın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları məsələdən məlumatlıdırlar.

Hazırda donuz başını dəlil-sübut kimi götürən polis araşdırmaya başlayıb.

Qeyd edək ki, sentyabrın 19-da eyni çantalarda olan donuz başlarını “RİA Novosti”nin digər yazarı Konstantin Sivkov və TASS-ın əməkdaşı Mixail Tereşçenkonun da qapılarının altından tapmışdılar.

Onu da qeyd edək ki, həm Sivkov, həm də Sergeytsev müntəzəm olaraq naməlum şəxslər tərəfindən təhdidlər aldıqlarını və onlardan Kremlyönlü bəyanatlarını geri götürməyi tələb edirlər.

Yeri gəlmişkən, Sergeytsev Kremlin siyasətini dəstəkləməyə hazır olmayan ukraynalılara qarşı sərt repressiyalara çağırışı ilə tanınır.

Məsələn “Rusiya Ukrayna ilə nə etməlidir” məqaləsində o, Rusiyanın hipotetik qələbəsindən sonra “denazifikasiya və de-Ukrainləşdirmə” çərçivəsində ukraynalı rus təcavüzü əleyhdarlarının cəzalandırılmasını və “yenidən tərbiyə edilməsini” tələb edib.

Sergeytsev Ukraynizmi süni anti-Rusiya quruluşu adlandırır. O, Ukraynanın hazırkı rəhbərliyini ləğv etməyi təklif edir, çünki onun yenidən təhsili mümkün deyil.

...Və Sergeytsevin məqaləsi geniş müzakirələrə səbəb olub. Ukrayna prezidenti Vladimir Zelenski bunu Ukrayna xalqının soyqırımı planlarının sübutu adlandırıb.

Bəlkə elə una görə də, Sergeytsev Avropa İttifaqı, Böyük Britaniya, Kanada, İsveçrə və Ukraynanın sanksiya siyahısına daxil edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə